Azərbaycanda istirahət mərkəzinin avtobuslarını qanunsuz satanlara YÜNGÜL CƏZA

"Yeni Qalaaltı Hotel Company" MMC-yə məxsus 2 avtobusu gizli şəkildə sataraq şirkətə 121 400 manat ziyan vuran işçilərin məhkəməsi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hotelin əməkdaşları Seyfəddin Cəfərli və Ehtiram İbrəhimov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, qabaqcadan əlbir olan işçilər onlara etibar edilən MMC-yə məxsus 2 ədəd "Hyundai County" markalı avtobusları ümumilikdə 121 400 manata sataraq əldə olunan pul vəsaitini aralarında bölüşüblər.
İstintaq prosesi dövründə onlar vurduqları ziyanı ödəyiblər.
(qafqazinfo)
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda onların hər birinə 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
İyunun 7-si hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












