Azərbaycanda koronavirusla mübarizə aparan mütəxəssisə bir aya 7 min manat ödənilib - FOTO

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə cari ilin üç ayı üzrə 29.6 milyon manatdan artıq müddətli əlavə və mükafat ödənilib.
Bu barədə Avtosfer.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin fevral, mart və aprel ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 26.4 milyon manat, qeyri-tibb işçilərinə isə 3.2 milyon manat müddətli əlavə ödənilib.
Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin fevral və aprel ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 23 000 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 26 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Fevral ayı üzrə dövlət tibb müəssisələri: Tibb işçiləri - 5.8 milyon manat (7 177 nəfərə), Qeyri-tibb işçiləri - 0.9 milyon manat (2 013 nəfərə). Özəl tibb müəssisələri üzrə 7 000 manat (1 nəfərə), Könüllülər üzrə - 12 000 manat (48 nəfərə).
Digər aylarda müvafiq ödənişlər üzrə cədvəli təqdim edirik:
Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən may ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2021-ci il tarixli 198 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il avqustun 1-dək uzadılıb.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










