Azərbaycanda maska istehsalı 3 dəfə azalıb

“Sərt karantin vaxtı gün ərzində 150 min tibbi maska istehsal edirdiksə, indi bir gündə 50 min maska istehsal olunur”.
Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Tekstil Fabriki”ndən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Kimya-Sənaye Parkında yerləşən fabrik ötən ilin dekabr ayında Rusiya və Almaniyaya tibbi maskaların ixracına başlamağı planlaşdırsa da, belə təşəbbüs baş tutmayıb:
“Karantin qaydalarının yumşalması və açıq havada maska məcburiyyətinin götürülməsi səbəbilə maskaya tələbat aşağı enib. Belə ki, sərt karantin vaxtı gün ərzində 150 min maska istehsal edirdiksə, indi isə 50 min maska istehsal olunur. Bu, onu göstərir ki, ölkə üzrə maskaya tələbat azalıb.
Eyni zamanda, çox təəssüf ki, xaricə maska ixracını düşünsək də, bu, hələ baş tutmayıb. Ölkəmizdən xaricə maska ixrac olunmur”.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi 2020-ci il aprel ayının 6-da istifadəyə verilib. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO 17050-1 standartlarına uyğun xammaldan tibbi maska istifadə edilir. Maskalar xüsusi avadanlıqla əlavə sterilizasiya olunur.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












