Azərbaycanda şagirdin ölüm səbəbi açıqlandı - RƏSMİ

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası XI sinif şagirdi Xəyal Bağıyevin qəfildən vəfat etməsi ilə bağlı məsələyə münasibət bildirib.
Xəstəxanadan bildirilib ki, avqustun 5-i, gecə saat 22:10 radələrində xəstə 2005-ci il təvəllüdlü Bağıyev Xəyal Vidadi oğlu üçün təcili tibbi yardım stansıyasından evə çağırış verilib:
“İlkin olaraq xəstədə temperaturum 40.1°C yüksəlməsi, halsızlıq, ürəkbulanma, qusma kimi şikayətlər olub. Təcili yardım briqadası gələnə qədər xəstəyə evdə özləri analgin, dimedrol, novokain qarışığı əzələ daxili iynə vurulub.
Təcili yardım stansiyasının feldşeri infuziya məhlulunu venaya qoşub və xəstəni Mərkəzi Xəstəxananın Təcili Yardım bölməsinə gətirib. Bölmədə xəstə müayinə olunub, ilkin yardım göstərilib”.
“Avqustun 6-ı, saat 01:00-da xəstənin vəziyyəti stabilləşib, yaxşılaşıb və xəstə evə buraxılmasını tələb edib. Evdə onun vəziyyəti təkrar pisləşib, şəxsi avtomobil ilə 04:15də təcili tibbi yardım bölməsinə gəlib. Gəldiyi zaman xəstənin vəziyyəti ağır olub.
Həkim briqadası - reanimatoloq, pediatr növbətçi həkim tərəfindən xəstəyə ilk yardım olunub, lakin aparılan müalicə tədbirlərinə baxmayaraq, xəstə saat 06:30-da vəfat edib”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xəyal Bağıyevin vəfat etməsi barədə məlumat yayılıb.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












