Azərbaycanda şənbə və bazar günləri yola çıxmaq daha təhlükəlidir

2021-ci ilin yanvar-iyun aylarında 756 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, onlardan 290-ı həlak olmuş, 698-i isə yaralanmışdır.
Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
|
Göstəricinin adı |
2021-ci ilin yanvar-iyun aylarında |
2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
|
|
|
|
|
Bütün yol-nəqliyyat hadisələri – cəmi |
756 |
99,5 |
|
Məkanına görə: |
|
|
|
magistral avtomobil yollarında |
97 |
118,3 |
|
yaşayış məntəqələrində |
659 |
97,2 |
|
İşıqlılıq vəziyyətinə görə: |
|
|
|
gündüz vaxtı |
329 |
103,8 |
|
toran vaxtı |
139 |
83,2 |
|
gecə vaxtı |
288 |
104,3 |
|
Yol örtüyünün vəziyyətinə görə: |
|
|
|
quru yol örtüyü |
698 |
97,8 |
|
digər (yaş, buz və s.) |
58 |
126,1 |
|
Zərərçəkənlərin sayı, nəfər |
988 |
96,3 |
|
həlak olanlar |
290 |
89,2 |
|
yaralananlar |
698 |
99,6 |
Bütün yol-nəqliyyat hadisələrinin 40,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,7 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır. Hadisələrin 81,8 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.///fins.az
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












