Azərbaycanda taksi xidməti MDB-də ən bahalılardan, dünyada isə ən ucuzlularındandır

Azərbaycanda taksi xidməti MDB məkanında ən bahalılardan, dünyada isə ən ucuzlularındandır.
Bu barədə "Numbeo"nun hesabatında deyilir.Azərbaycan taksi xidmətinin bahalığı üzrə qlobal reytinqdə 108 ölkə arasında 92-ci yeri tutub. Hesabata əsasən, Azərbaycan taksi xidmətinin 1 km orta qiyməti 0,43 ABŞ dolları təşkil edir. MDB məkanında isə Azərbaycandakı taksi xidmətləri ən bahalılardan hesab olunur.
Keçmiş Sovet respublikalarında və bütövlükdə dünyada ən ucuz taksi Özbəkistandadır (108-ci yer) – 1 km məsafə 0,20 dollara başa gəlir. Rusiyada bu göstərici 0,23 dollar (103-cü yer), Ukraynada – 0,26 dollar (101-ci yer), Moldovada – 0,28 dollar (99-cu yer), Belarusda – 0,29 dollar, Qazaxıstanda – 0, 35 dollar (96-cı yer).
Taksi xidmətlərinin qiyməti baxımından dünyada birinci yeri kilometrə görə 4,15 dollar ödənilən İsveçrə tutur, ikinci yerdə Yaponiya (3,63 dollar), üçdə isə Salvador (3 dollar) qərarlaşıb.
Xatırladaq ki, "Numbeo" istehlak qiymətləri, cinayət səviyyəsi, xidmət keyfiyyəti və digər statistik göstəricilərin yer aldığı məlumat bazasıdır./ APA
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq












