Azərbaycanda tutulan Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib

Milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Gürcüstan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Gürcüstan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci hissəsi (iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) təqsirləndirilən Əliyev İlyas Qəzənfər oğlunun - 23.05.2018-ci il tarixində Gürcüstanın Marneuli şəhərindən Bolnisi şəhərinə gedən yolda idarə etdiyi nəqliyyat vasitəsinin istismarı qaydasını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iki şəxsin ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Rustavi Şəhər Məhkəməsinin 17.12.2020-ci il tarixli hökmü ilə İlyas Əliyev 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İlyas Əliyev barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlyas Əliyev 15.04.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












