Azərbaycanda DƏHŞƏT: Həmkəndlisini qayçı ilə öldürdü
Xəbərlər
29 İyun 2021 11:00

İyunun 28-i saat 1 radələrində Bərdə rayon, İmirli kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir ədəd xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq davam edir.
Oxunub : 1298
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
ŞƏRH YAZ












