Azərbaycandan Rusiyaya gedənlər üçün yeni qaydalar qüvvəyə mindi

Bu gündən, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.
Həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər.
Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.
«Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
- iPhone üçün: https://apps.apple.com/app/id1541206996
- Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US
- Huawei smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239
Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:
- Rusiya Federasiyasının vətəndaşları üçün;
- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.
- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.
Rusiyaya səyahət edərkən, PCR-testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.
Laboratoriyaların siyahısı ilə həm mobil tətbiqdə, həm də keçid vasitəsilə aviaşirkətin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia
Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir. Tətbiq test əsasında hava limanında sərhəd nəzarəti məntəqəsində göstərməli olduğunuz QR-kod yaradacaqdır. Testin nəticəsi barədə məlumat mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaqdır. Bu kodu qeydiyyat masalarında, habelə Rusiyaya gəldikdə sərhəd keçid məntəqələrində təqdim etmək lazımdır. Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır. «Путешествую без COVID-19» tətbiqini hazırlayan mütəxəssislər bildirirlər ki, ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaq.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








