Azərbaycanın 5 boksçusu Millətlər kubokunda medalı təmin edib

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kuboku davam edir.
Avtosfer.az saytının məlumatına görə, 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 1/4 final mərhələsi başa çatıb.
Yarımfinala gedən yolda Azərbaycan millisinin daha 5 boksçusu qüvvəsini sınayıb. Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmmədəli Aşırəliyev (54 kq) rumıniyalı Dani Qriqori ilə üz-üzə gəlib. İlk görüşdə Simon Qloriosonu (İtaliya) mübarizədən kənarlaşdıran həmyerlimiz bu dueldən də qalib ayrılıb – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinalda Lukas Kuçera (Çexiya) ilə döyüşəcək.
50 kq çəkidə mübarizə aparan Tağı Nəsibov rəqibi Nikola Mihailoviç görüşə gəlmədiyindən qalib elan olunub. O, final üçün italiyalı Françesko Krusilla (İtaliya) ilə üz-üzə gələcək.
Məhəmmədəli Qasımzadə (57 kq) də 1/4 final mərhələsini asan qələbə ilə adlayıb. Təmsilçimiz Tisiano Alkiatinin (İtaliya) ardınca Daniel Frankı (Macarıstan) da 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Qasımzadə 1/2 finalda bolqarıstanlı Viktorio İlyevlə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Vaqif Hacıyev (50 kq) Daniel İrofteyə (Rumıniya), Məhəmməd Quliyev (63 kq) Oner Seyilxana (Qazaxıstan) məğlub olaraq, mübarizəni dayandırıblar.
Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 5-ə çatıb. Daha öncə Bilal Nəzərov (46 kq) da 1/4 final səddini keçib. O, yarımfinalda çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gələcək. Eyni çəki dərəcəsində Faiq Mollayev isə Nikolas Bonku (Rumıniya) sınağa çəkəcək.
Qeyd edək ki, 5 boksçumuz yarımfinala yüksəldiyindən onların hər biri özü üçün azı bürünc medalı təmin edib. Mükafatların əyarı növbəti döyüşlərdə bəlli olacaq. Millətlər kubokunda qaliblərin adları isə avqustun 14-də bilinəcək.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












