Azərbaycanın bankirləri Türkiyəyə 100 minə yaxın ağac tingi göndərəcək

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, iclasda Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının, onun törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilib, ölkəmizin bank icmasının bu fəsadların aradan qaldırılmasına dəstək olmağa hazır olduğu qeyd edilib.
Bank icması ABA ilə sıx əməkdaşlıq edən Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüslərdən birinə qoşularaq ölkəmizdə çalışan hər bir bank əməkdaşının 5 ədəd ağac tinginin verməsinə dair yekdilliklə qərar qəbul edib.
Qeyd edək ki, Azərbaycanda təxminən 19 min bank işçisi var. Bu da o deməkdir ki, bankirlər Türkiyəyə 95 min ağac tingi göndərəcək.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












