Azərbaycanın vaksin pasportları xaricdə tanınmır?

Sosial şəbəkələrdə xaricə səfər edən “Pfizer” vaksini vurulmuş Azərbaycan vətəndaşlarının vaksin pasportunun tanınmaması ilə bağlı məlumatlar yayılıb. Buna səbəb isə pasportda “Pfizer” peyvəndinin hər iki dozasında eyni kodun yazılmasıdır.
Bildirilir ki, əslində bu kodlar fərqli olmalıdır, əks halda bu bir doza vaksin olunmuş sayılır.
Avtosfer.az xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən bildirilib ki, vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda birinci və ikinci dozaların seriya nömrələri eyni ola bilər:
“Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir. “COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












