Azərbaycanla Ukrayna arasında yükdaşımaların artırılması təklif edilir

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Ukraynanın infrastruktur naziri Vladyslav Krykli arasında görüş keçirilib.
Bu barədə Avtosfer.az-a Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, görüş Ukraynanın Baş Nazirinin müavini Aleksey Reznikovun başçılığı ilə bu ölkənin hökumət rəsmilərinin Bakıya səfəri çərçivəsində baş tutub.
Görüşdə iki ölkə arasında yük daşımalarının artırılması məqsədilə, dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə qarşılıqlı əlverişli şərtlərin formalaşmasının vacib olduğu vurğulanıb.
Qara və Xəzər dənizləri limanları arasında əməkdaşlıq beynəlxalq nəqliyyat marşrutlarının inkişafına, habelə nəqliyyatın bütün sahələrində nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsinə yönəlib. Aviasiya sektorundakı əməkdaşlığın vacib cari vəzifələri hava nəqliyyatının tam bərpası, avtomobil nəqliyyatı sahəsində - nəqliyyat rejiminin liberallaşdırılması və rəqəmsal texnologiyaların istifadəsindən ibarətdir.
Görüşdə Ukraynada yol infrastrukturu layihələrinin həyata keçirilməsində iştirak edən Azərbaycan şirkətlərinin mühüm rolu qeyd edilib, GUAM və TRACECA-da əlavə əməkdaşlıq imkanları müzakirə edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












