Azərbaycanlı alim buster dozanın ikinci peyvənddən 5 ay sonra vurulmasını təklif edib

Üçüncü doza peyvənd artıq ikinci dozadan 5 ay sonra tətbiq edilməlidir
Peyvəndlər barədə aylar öncə qeyd etdiyim məsələ iyul ayında elmi tədqiqatla bir daha sübut edildi. Belə ki, bu gün tətbiq edilən peyvəndlərin effektivliyi zamanla azalır, daha dəqiq desək, 4 aydan sonra artıq azalmağa başlayır. Bu, bütün yaş qruplarında belədir. Tədqiqatların vacib olanları ilə aşağıda (şəkil 1) tanış ola bilərsiniz.
Bu barədə Azərbaycanda insanlara zamanında xəbərdarlıq etmək bu gün olan inamsızlığın müəyyən faiz etibarı ilə qarşısını ala bilərdi.
Bu tədqiqatlar onu göstərir ki, effektiv vaksinlərlə peyvənd olunmuş insanlara 3-cü peyvənd artıq 2-ci peyvənddən 5 ay sonra tətbiq edilməlidir. Sinovac barədə isə əsaslı elmi tədqiqat yoxdur. Bu və digər bir neçə səbəblər onu deməyə əsas verir ki, Azərbaycan ilkin dozaları Sinovacla peyvənd olunmuş insanlarla bağlı təcili effektiv strategiya seçməli və tətbiq etməlidir. Əks halda onlar arasında bu günə qədər və bundan sonra olacaq yoluxmalar virusa qarşı tətbiq edilən strategiyaya daha da inamsızlıq gətirəcək.
Buster dozadan sonra virusa qarşı immunitetin effektivliyi kəskin şəkildə qalxır. Bunu son aparılan elmi tədqiqatlar da sübut edir (şəkil 2).
Buster dozadan sonra qazanılmış immunitetin nə qədər davamlı olacağını isə bu gün dəqiq və elmi əsaslı demək mümkün deyil.
Azərbaycanda virusa qarşı yeni strategiyaların tətbiqinin indi əsl zamanıdır, amma unutmaq olmaz ki, bu strategiya elmi əsaslı olmalıdır, digər ölkələrin etdiyini təkrarlamaqdan ibarət olmamalıdır. Əks halda məcburi sərt qapanmalar qaçılmaz ola bilər.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










