Azərbaycanlı diaspor rəhbəri Rusiyada vəfat etdi

Kalininqrad şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri, tanınmış ictimai xadim Tofiq Rzayev 70 yaşında vəfat edib.
Bu barədə DiasporPress.az məlumat yayıb.
Qeyd edək ki, Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində anadan olub. Peşə karyerasına Bakıdan başlamış həmyerlimiz Azərbaycan və Rusiyada müxtəlif dövlət vəzifələrində çalışıb. O, Bakıda Elm Assosasiyasının vitse-prezidenti olub, bir müddət Milli Məclisdə çalışıb, daha sonra fəaliyyətini Rusiyanın Kalininqrad vilayətində davam etdirib. Kalininqrad vilayətinin qubernatorunun köməkçisi olan Tofiq Rzayev, Vilayət Dumasında çalışıb və bu dövlət qulluğu sahəsində mükafatlara layiq görülüb.
T.Rzayev hazırda Kalininqrad ticarət-sənaye palatasının üzvüdür. Yubileyi ərəfəsində o, Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən Azərbaycanla Rusiya arasında biznes əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə fəxri fərmanla mükafatlandırıb.
T.Rzayev Kalininqrad vilayətində fəaliyyət göstərmiş Ümumrusiya Azərbaycan Konqresinin yerli bölməsinin rəhbəri olub. Sovetlər İttifaqının vitse-admiralı olmuş Həmid İsrafilbəyovun Kalininqrad vilayətində xatirəsinin əbədiləşdirilməsi ideyası da T.Rzayevə məxsusdur ki, o, bu işdə vilayət rəhbərliyinin müsbət cavabını alıb. Vətənpərvər həmyerlimiz bu layihənin reallaşması üçün ciddi səylər göstərib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












