Azərbaycanlı jurnalistə qarşı qərəzi pisləməyə çağırırıq

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirakına yol verməmək, onun Şengen ərazisinə girişinin qarşısının almaq yönümlü hərəkətlər dərin təəssüf hissi doğurur.
Avtosfer.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.
Qeyd edilib ki, Fransanın sifarişi səbəbindən meydana çıxan bu insident hüquq normalarını pozmaq, söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdidir.
"Nəzərə alaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət ediliblər. O cümlədən, azərbaycanlı jurnalistin də toplantıda iştirakı əvvəlcədən müəyyənləşdirilib və bu məqsədlə bütün zəruri prosedurlar yerinə yetirilib. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlər qaydasında olub. Nəticədə Azərbaycanın Almaniyadakı səfirliyinin və UNFCCC Katibliyinin səyləri ilə Almaniyanın rəsmi qurumları Fransanın tələbinin əsassız olduğunu görüblər. Bundan sonra A.Həsənovanın ölkəyə daxil olmasına icazə verilib".
Bəyanatda o da vurğulanıb ki, Fransanın yanaşması siyasi xarakterlidir, qərəzlidir, nəinki hüquqa, heç adi etik normalara da sığmır:
"Bu, ölkənin media dəyərlərinə, azad sözə dözümsüz münasibətidir. Fransa nəzərə almalıdır ki, jurnalist fəaliyyətini məhdudlaşdırmaq cəhdi, eyni zamanda, demokratizmi, bəşəri prinsipləri heçə saymaqdır. Təəssüf ki, ölkə hakimiyyətində bu barədə düşünən yoxdur. Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı jurnalist dairələrini, insan hüquq və azadlıqlarını qorumağa mükəlləf təşkilatları Fransanın AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovanın fəaliyyətini məhdudlaşdırmaq istəyini qətiyyətlə pisləməyə çağırır. Şuranın mövqeyi budur ki, Avropanın mərkəzində jurnalistə qarşı belə siyasi yanaşmanın tətbiqi cəhdinin mənfi presedent yarada bilmə ehtimalı böyükdür. Ona görə də bu cür halların təkrarlanmaması naminə müqavimət formalaşdırılmalıdır. Əmin olmaq istərdik ki, Avropanın və dünyanın mütərəqqi çevrələrinin səyləri, prinsipial yanaşmaları nəticəsində Fransaya münasibətdə ciddi ictimai qınaq tədbirləri həyata keçiriləcək, ölkə bir daha belə qanunsuz və qərəzli metodlara əl atmağa cəsarət etməyəcək".
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb








