Azərbaycanlı qanuni oğru Rusiyada tutuldu

Kriminal dairələrdə Tolik Noqinski kimi tanınan azərbaycanlı qanuni oğru Taleh Daqliyev Rusiyanın Stavropol diyarında saxlanılıb.
Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Praym Kraym” yayıb.
Agentliyin məlumatına görə, 37 yaşlı kriminal avtoritet “Mineral sular” kurort bölgəsində üzərində heroin ilə saxlanılıb. Bildirilir ki, Tolik Noqinski barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin “İri həcmdə narkotik maddələri qanunsuz saxlama” maddəsi ilə cinayət işi başladılıb.
T. Noqinski sorğu zamanı “Mineral sular” bölgəsinə müalicə üçün gəldiyini bildirərək kriminal avtoritet aləmindən uzaq olduğunu deyib.
Qeyd edək ki, Noqinski 2015 və 2017-ci illərdə iki dəfə mühakimə olunub. Belə ki, o, 2015-ci ildə qanunsuz silah saxlamada ittiham olunaraq 1 il müddətinə şərti cəza alıb. Bununla yanaşı, Noqinski 2017-ci ildə narkotik maddələr səbəbindən üç il müddətində məhkumluq həyatı yaşayıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












