“Azəriqaz” bölgələrdə abonent müraciət qutularının quraşdırılmasına başlayıb - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin bütün Regional qaz istismarı İdarələrinin, xidmət sahələrinin qarşısında yeni müraciət qutularının quraşdırılmasına başlanılıb.
Bu barədə Avtosfer.az - a “Azəriqaz”dan məlumat verilib.
Bildirilir ki, sosial şəbəkələrdən istifadə etməyən, ümumiyyətlə internet bağlantısı olmayan abonentləri nəzərə alan Birlik rəhbərliyi onların da müraciətlərini cavablandırmaq üçün yeni üsul tətbiq edib. Artıq bu gündən etibarən bütün Regional qaz istismarı İdarələrinin və xidmət sahələrinin inzibati binalarının qarşısında müraciət qutularının quraşdırılmasına başlanılıb.
Qutuların üzərində isə belə qeyd edilir: “Bura etdiyiniz müraciəti ilk oxuyan “Azəriqaz” İB rəhbərliyinin özü olacaq”. Yəni bu məktublar yerlərdə açılaraq baxılmayacaq, birbaşa operativ olaraq Birliyin baş direktoru Ruslan Əliyevə çatdırılacaq. Bundan sonra isə həmin vətəndaşın probleminin həlli ilə bağlı rəhbərlik tərəfindən müvafiq göstərişlər veriləcək.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru və müavinləri hər ay Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tərtib etdiyi qrafik əsasında vətəndaş qəbullarını həyata keçirirlər. Bundan başqa qurumun baş direktoru sosial şəbəkə üzərindən də mütəmadi olaraq birbaşa yayımlar təşkil edir və vətəndaş müraciətləri ilə maraqlanır.


Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












