AzTU-nun Biotibbi Mühəndislik İnstitutuna rəhbər təyin olunub - FOTO

Tədqiqatçı professor, tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutuna rəhbər təyin olunub.
Avtosfer.az xəbər verir ki, Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev bir müddətdir AzTU-da tədqiqatçı professor olaraq fəaliyyət göstərir.
O, Data mühəndisliyinin inkişafı və Süni intellekt həllərinin yaradılması istiqamətində tədqiqatların formalaşması və kadr hazırlığı, xüsusilə bu sahədə doktorantlara elmi rəhbərlik etməklə tədqiqat məktəbinin təşkilinə dəstək verir.
Yeni rəhbəri kollektivə təqdim edən AzTU-nun rektoru Vilayət Vəliyev Biotibbi Mühəndislik İnstitutunun apardığı tədqiqatların səhiyyədə Data elminin və Süni intellekt həllərinin inkişaf etdirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə mühüm töhfələr verəcəyini bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












