Babək prospektindəki körpüdən niyə su axır? - AÇIQLAMA

“Görün körpüdən necə su axır. Yağış da yağmır. Guya bunu təmir etmişdilər. Bu günlərdə ölkəmizdə əlamətdar bir tədbir üçün bütün işlər görülür və ən əsası, yeni inşa olunan körpülərdir. Bu körpülərin 100-200 yaşı yoxdur”.
Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə prodüser-aparıcı Tarix Əliyev (Tolik) paylaşım edib. O, Babək prospektindəki körpünün videosunu paylaşaraq iddia edib ki, körpünün altından keçən su və ya işıq xətti, həmçinin digər görünməyən işlər çox səliqəsiz və keyfiyyətsiz şəkildə icra edilib: “Bu da fəsadlara səbəb olur. Dövlətimiz büdcəsindən bu qədər vəsait ayırır, amma bəzi qurumlar, yollara və körpülərə cavabdeh olanlar demək olar ki, işləri düzgün etmir”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, baş verən hal normaldır: “Orada bir aşırım kimi görünür. Lakin iki körpünün birləşməsidir, yəni iki aşırım var. Həmin iki körpünün arası da bir qədər aralıdır. Yağış yağanda da həmin hissə su ilə dolur və yavaş-yavaş süzülür. Daha sonra da müəyyən hissələrdən damcılaması normal haldır. Yəni nə körpüdə problem, nə qüsur, nə də çatışmazlıq var. Bu hal normaldır və bütün körpülərdə ola bilər”.
(Qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












