"Bağırov" körpüsündəki təhlükəli vəziyyət aradan qaldırıldı - VİDEO - YENİLƏNİB

Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsünü yenidən su basması məlumatı yayılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.
Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.
Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.
***
Hazırda Bakı şəhərində yağıntılı hava şəraiti davam edir.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, yağış nəticəsində Heydər Əliyevin prospektindəki "Bağırov" körpüsündə yenə təhlükəli vəziyyət yaranıb.
Belə ki, körpünün altını su basıb.
Qeyd edək ki, oktyabrın 22-də də "Bağırov" körpüsündə eyni vəziyyət yaranmışdı.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












