Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirildi - FOTO

Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirilib.
Avtosfer.az xəbər verir ki, iyunun 3-ü 2024-cü il – Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk dəfə olaraq “Uçuşların təhlükəsizliyi həm də təmizlikdir!” şüarı ilə FOD (Foreign Object Debris/ Kənar Əşya Qalıqları) toplama kampaniyası həyata keçirilib.
FOD uçuş-enmə zolağlarında, sürmə yollarında və texniki xidmət sahəsində aşkar edilmiş, təyyarə üçün təhlükə yarada bilən hər hansı yad obyekt qalığıdır. Kampaniya çərçivəsində hava limanının əməkdaşları aviasiya xidmətlərinin digər nümayəndələri ilə Bakı aeroportunun uçuş-enmə zolağının, perron və ətraf ərazilərinin təmizlənməsi üçün bir araya gəliblər.
“Bu kampaniya gündəlik fəaliyyətləri zamanı aeroport ictimaiyyəti arasında uçuşların təhlükəsizliyi baxımından və ekoloji maarifləndirmə nümunəsi olaraq son dərəcə vacibdir. Digər tərəfdən isə əməkdaşlarımız arasında uçuşların təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsinə xidmət edir”, - deyə Bakı hava limanının Uçuşların Təhlükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların təhlükəsizliyinə və ekoloji standartların qorunmasına töhvə verəcək bu təşəbbüsü gələcəkdə də həyata keçirməyi planlaşdırır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















