Bakı Cıdır Meydanında biabırçı vəziyyət... - VİDEO

Dünyaca məşhur idman növlərindən biri də at yarışlarıdır. Azərbaycanın yarışa çıxardığı Qarabağ atlarını yarışa hazırlamaq da, onları yarışa çıxarmaq da hazırda müşkül məsələyə çevrilib. Buna səbəb Bakı Cıdır Meydanının baxımsız vəziyyətdə olması, təmir işlərinin yarımçıq qalmasıdır. Cıdır Meydanı təmirdən əvvəl standartlara uyğun olmasa da atları orada məşq elətdirmək mümkün idi. İndi isə təmir işləri yarımçıq qaldığından bu ümumiyyətlə mümkün deyil.
Nə az nə çox, 100-ə yaxın yaşı olan bu meydanda bir vaxtlar dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar yarışlara qatılıblar. Bu məkan həm də, asudə vaxtını səmərəli keçirmək istəyənlərin üz tutduğu əvəzsiz yerlərdən olub. 6 aydan çoxdur başlanan təmir işləri yarımçıq qaldığından, indi bu ippadromda nəinki at yarışdırmaq, hətta at gəzdirmək də mümkün deyil.
Uzun müddətdir atlarını burda məşq elətdirən xanxan atçılıq klubunun rəhbəri Rəşad Əhmədov deyir ki, Meydanda təmirə başlayıblar, elə problem də bundan sonra yaranıb.
Problem təkcə atların yarışa hazırlaşa bilməməsində deyil. Yarışlarda iştirak edən peşəkar jakeylər yəni atsürənlər də hazırda işsiz qalıblar.
Bakı Dövlət Cıdır Meydanı Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Nazirlikdən bildirilib ki, hazırda Bakı Cıdır Meydanının təhvil-təslim prosesi gedir. Proses başa çatdıqdan sonra ərazidə təmir-bərpa işlərinə başlanacaq.
Təhvil-təslim və ardından başlayacaq təmir prosesinini qısa zamanda bitməsi çox vacibdir. Çünkü atçıların dediyinə görə, bu hal davam edərsə, nə yarışdırmağa at qalacaq, nə də yarışa at hazırlayacaq məşqçi
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO












