Bakı Limanında quru yük daşınması 16 % artıb
Xəbərlər 16 Avqust 2022 23:45 Oxunub 630
Bakı Limanında quru yük daşınması 16 % artıb

Bu ilin I yarısında Bakı Limanında 666 min yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur.

Bu barədə Avtosfer.az-a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildirilib.

"Quru yükün daşınmasına dair illər üzrə statistik göstəricilərdə də müsbət dinamika müşahidə edilir. Belə ki, Bakı Limanı vasitəsilə 2018-ci ildə 28,436 , 2019-cu ildə 133,953 , 2020-ci ildə 253.853, 2021-ci ildə isə 347.450 tondan çox quru yük daşınıb ki, 2018 və 2021-ci illər üzrə statistik göstəriciləri müqayisə etdikdə artımın 12 dəfədən çox olduğunu görmək olur", - deyə qurum bəyan edib.

Bakı Limanı vasitəsilə daşınan quru yükün əsas hissəsini Mərkəzi Asiya ölkələrindən Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələrinə göndərilən gübrə məhsulları təşkil edir. Eyni zamanda, hazırda Bakı Limanında illik yükaşırma gücü 2,5 milyon ton Gübrə terminalının da tikintisi həyata keçirilir ki, bu terminalın da fəaliyyətə başlaması ilə ölkəmizdən tranzit keçməklə daşınan gübrə məhsullarının həcmində əhəmiyyətli dərəcədə artımın olacağı proqnozlaşdırılır.

"Bakı Limanının texniki imkanları, müasir logistik həllərin tətbiqi ilə yükaşırmada operativliyin təmini, yük sahibləri üçün yaradılan rahat şərait və bunun kimi bir çox amillərə əsasən limana cəlb edilən yükün həcmi intensiv şəkildə artır. Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcminin artımı ilə yanaşı, ayrı-ayrı yük növləri üzrə də artım qeydə alınır", - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh