"Bakı Metropoliteni" 10 yeni güclü ventilyator istifadəyə verib - FOTO

"Bakı Metropoliteni" QSC-də avadanlıqların yenilənməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, 2019-cu ildə Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan 7 yeni güclü ventilyator alınaraq quraşdırılıb. Elə həmin il metronun texniki tapşırıqları əsasında Yaşıl və Qırmızı xətlər üçün daha 10 yeni güclü ventilyatorun istehsal edilməsi barədə razılıq əldə edilib".
Bunu Avtosfer.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir: "Metropoliten sərnişinlərinin təhlükəsizliyinin təmin olunması, daha rahat daşıma şəraitinin yaradılması xeyli dərəcədə ventilyasiya sisteminin səmərəli fəaliyyətindən asılıdır. Buna görə də metroda ventilyasiya qurğularının təkmilləşdirilməsi mütəmadi olaraq aparılır.
İstismar müddətini başa vuran tunel və stansiya ventilyatorlarının yeni, daha güclü və məhsuldar son modellərlə əvəz edilməsi, eləcə də istismarda olan nümunələrin modernləşdirilməsi prosesi cari ildə də davam edir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 3-ü (75 kVt gücə malik “VOM 24-R” tipli) tunellərin havalandırılması üçün nəzərdə tutulub. Digər ventilyatorların (55 kVt gücü olan “VOM 20” tipli) təsir dairəsi isə stansiya və onlara yaxın tunel sahələridir. Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğundur. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların faydalı iş əmsalı, titrəyiş, səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir. Yeni ventilyatorların iş rejimini 20-30 saniyə ərzində axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından böyük əhəmiyyət kəsb edir.
Ötən il “Ventprom” maşınqayırma zavodundan alınmış 10 ventilyatorun hamısı koronavirus (“COVID-19”) pandemiyası şərtlərinin diktəsi altında Bakı metropoliteninə çatdırılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla, “Elmlər Akademiyası”, “Nizami”, “Ulduz stansiyalarında, “Elmlər Akademiyası-Nizami”, “Elmlər Akademiyası-İnşaatçılar”, “Ulduz-Koroğlu” yol mənzillərində quraşdırılıb. Quraşdırma zamanı hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsinə, ümumiyyətlə, faydalı iş əmsalının yüksəldilməsi üçün hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə xüsusi diqqət yetirilib. İdarəetmə panelləri də quraşdırıldıqdan sonra istifadəyə verilmiş ventilyatorlar Bakı metropoliteni stansiya və tunellərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımdır".


Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












