“Bakı Metropoliteni” Avropanın sərnişindaşıma nəqliyyatındakı təcrübəsini öyrənir - FOTO

Belçikada “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”QSC ilə Antverpen Beynəlxalq Limanının birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsində “Bakı Metropoliteni” QSC də təmsil olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
Bildirilir ki, Azərbaycanın müxtəlif dövlət və özəl qurumlarının təhlükəsizlik üzrə cavabdeh 12 rəhbər şəxsi arasında yer alan metropolitenin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) şöbəsinin rəisi Nəriman Mantaşev qeyd edir ki, Avropanın ikinci ən böyük limanının bir sıra sahələrdə təcrübəsi Bakının yeraltı ictimai sərnişindaşıma nəqliyyatının da işi baxımından diqqət çəkib.
Tədbirlər zamanı “Böhranlı hallar və təhlükəli yüklərin idarə edilməsi” mövzusu üzrə seminarlar, eləcə də yanğınsöndürmə sahəsində işin təşkili, müasir idarəetmə metodları və avadanlıqları ilə yaxından tanışlıq, ən əsası, təhlükəsizlik, mühafizə, yoxlama-nəzarət kimi mövzularda Avropada istifadə edilən müasir prinsiplər, tətbiq üsulları ilə bağlı geniş fikir və təcrübə mübadiləsi aparılıb.
Bütün bunlarla yanaşı, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından da tədbirlər faydalı keçib.
Nəriman Mantaşev tədbir təşkilatçılarına Bakı metropoliteninin təcrübəsi barədə də geniş məlumat təqdim edib. Ümumiyyətlə, Bakı metropolitenində tətbiq edilən bir sıra qabaqcıl təcrübələr, innovasiyalar Antverpen şəhərinin aidiyyəti strukturlarının diqqətini çəkib. Təcrübə mübadiləsi əsasında gələcəkdə qarşılıqlı fəaliyyət və əlaqələrin genişləndirilməsi üçün zəmin olduğu xüsusi vurğulanıb.
Təlimlərin uğurla keçirilməsinə dair iştirakçılara sertifikatlar təqdim edilib.



Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












