Bakı metrosu “Metro” Beynəlxalq Assosiasiyasının müzakirəsində iştirak edib - FOTO

Belarusun paytaxtı Minskdə “Bakı Metropoliteni” QSC-nin də daxil olduğu “Metro” Beynəlxalq Assosiasiyasının Şura iclası və üzvlərinin ümumi yığıncağı keçirilib.
Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüşdə Bakı metrosunu qurumun istismar üzrə baş mühəndis Azad Mustafayev təmsil edib.
Tədbirdə iştirakçılara Assosiasiyanın gördüyü işlərlə bağlı hesabat təqdim olunub. Eyni zamanda 2024-cü il üçün iş planına düzəlişlər edilib, maliyyə planı təsdiq olunub, prioritet fəaliyyət istiqamətləri, perspektivlər müzakirəyə çıxarılıb və digər təşkilati məsələlərə baxılıb.
Müzakirələrdə iştirak edən A.Mustafayev Bakı metrosunun fəaliyyəti və digər məsələlər ətrafında fikirlərini bildirib. Bakı metrosunda bir sıra sahələr üzrə tətbiq edilən yeniliklər iştirakçıların marağına səbəb olub. A.Mustafayev həmçinin ikili görüşlər də keçirərək, qarşılıqlı əlaqələrin inkişafı, təcrübə mübadiləsi ilə bağlı təkliflər verib. O, həmçinin Minsk metrosunun Böhran vəziyyətlərində idarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olaraq fikir mübadiləsi aparıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















