Bakı metrosunda qadın maşinistlərin sayı artırılır - FOTO

"Bakı Metropolteni" QSC-nin bu il fevralın 1-dən 15-nə qədər maşinisti peşəsi üzrə etdiyi seçim turları başa çatıb.
Bu barədə Avtosfer.az-a qurumdan bildirilib.
Məlumata görə, müsabiqədə ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı 24-30 yaşı arasında olan kişi və qadınlar iştirak edib. Kişi namizədlərdən yararlılıq kateqoriyası ilə üçün həqiqi hərbi xidmət keçməsi də əsas tələblərdən biri olub.
Elan nəticəsində 300 nəfərə qədər müraciət qeydə alınıb. Bütün tələblərə uyğun gələn 170 namizəddən metropolitenin təlim-tədris mərkəzində birinci mərhələdə 125 iddiaçı iştirak edib. Qeyd etmək lazımdır ki, bu mərhələdə iddiaçılar məntiq və metropolitenlə bağlı ibtidai biliklərdən ibarət testlə yoxlanılıblar. Onlardan 35 nəfər müsbət nəticə göstərərək müsahibə və testdən ibarət olan psixoloji sınaq mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdən 16 nəfər tələblərə uyğun hesab olunaraq kadr komissiyasına dəvət olunub.
Bütün mərhələlərin yekunu olaraq maşinist peşəsi üzrə seçilmiş 10 nəfərin nəzəri kursu başlayıb. Onlardan biri qadındır.
2018-ci ildə “Bakı metropoliteni”ndə yeni qaydalarla aparılan ilk seçim turunda bir qadın bütün mərhələləri uğurla keçərək, kursa cəlb olunmuş və o, 2019-cu il aprel ayının 1-dən metropolitendə qatar maşinisti kimi çalışan ilk qadın Günay Həbibli olub.
Hazırkı kursun müdavimləri üç ay nəzəri kurslarda iştirak edəcək, daha sonra bitdikdən sonra praktiki vərdişlərin mənimsənilməsi kurslara cəlb ediləcəklər.








İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












