Bakı metrosunda qatar tuneldə dayandırılıb

Səhər saatlarında metronun “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında hərəkət edən qatar tuneldə dayanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, buna səbəb qapılardan birinə müdaxilə edilməsi olub.
“Maşinistlər vaqonlardan birinin qapısının ətalətliyinin pozulması ilə bağlı siqnal alıblar. Təlimata uyğun olaraq qatar dayandırılıb. Ola bilər ki, sıxlıq olub və sərnişinlərin söykənməsi nəticəsində, yaxud vaqona minərkən paltarının qapı arasında qalması səbəbindən bu hal baş verə bilər. Məsələ araşdırılır. Dayanma sadəcə 40-45 saniyə çəkib. “Bakı Metropoliteni”nin təlimatında göstərilib ki, bir dəqiqəyə qədər yubanma olarsa, bu yubanma sayılmır. Yəni, onu kompensasiya etmək mümkündür”, - deyə qurum rəsmisi bildirib.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











