Bakı metrosunda qatarın hərəkəti ləngiyib

Bu gün "Bakı Metropoliteni" QSC-nin “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında hərəkət edən qatar tuneldə dayanıb.
Avtosfer.az xəbər verir ki, hadisə saat 08:40 radələrində qeydə alınıb.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında faktı təsdiq edib. Onun sözlərinə görə, qatarın dayandırılmasına səbəb qapılardan birinə müdaxilə edilməsi ilə bağlı maşinist kabinəsinə siqnal daxil olmasıdır: “Maşinistlər vaqonlardan birinin qapısının ətalətliyinin pozulması ilə bağlı siqnal alıblar. Təlimata uyğun olaraq qatar dayandırılıb. Burada qapıların açılmasından söhbət gedə bilməz. Ola bilər ki, sıxlıq olub və sərnişinlərin söykənməsi nəticəsində, yaxud vaqona minərkən paltarının qapı arasında qalması səbəbindən bu hal pozulub. Hər bir halda məsələ araşdırılır. Bu isə ümumilikdə 40-45 saniyə vaxt alıb. “Bakı Metropoliteni”nin təlimatında isə göstərilib ki, 1 dəqiqəyə qədər yubanma olarsa bu yubanma sayılmır. Yəni onu kompensasiya etmək mümkündür”.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











