Bakı Nəqliyyat Agentliyi 5 illiyin hesabatını verdi - FOTO

Bu gün mətbuat konfransı keçirən BNA-nın idarə heyətinin sədri Vüsal Kərimli, 5 il boyunca gördükləri işlər barədə geniş şəkildə danışdı. Konfransda avtobus dayanacaqları, maşurut xəttləri, yeni çəkilən yollar, piyada keçidləri, avtobus zolaqları və digər bu kimi məsələlərə toxunuldu.
Qeyd edildi ki, bu günə kimi 236 küçə və prospektdə layihələr həyata keçirilib, nəticədə sıxlıq halları aradan qaldırılıb, sürücü və piyada təhlükəsizliyi təmin edilib və sərnişin daşıma keyfiyyəti yüksəlib.
BNA sədri bildirib ki, 2015-ci ildən bu günədək 968 avtobus yenilənib.
Konfransda həmçinin Bakı yollarında yeni ayrılan avtobus zolaqları barəsində də danışıldı. “Avtobus zolaqları Bakının Baş Planında yer alıb. Təklif edilən 24 küçədə xüsusi zolaqların salınması 600 minə yaxın sərnişinə xidmət edəcək", - deyə, Vüsal Kərimli qeyd edib.
O, həmçinin “Piyadanı gör” mövzüsuna toxunaraq piyadalarla bağlı görülən tədbirlərdən də geniş danışıb.
Sonda sədr mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Aysel
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
















