"Bakı Qlobal Forumunun təşkili etimadı əks etdirir" - Hikmət Hacıyev

XIII Qlobal Bakı Forumu fəaliyyətə başlayır, Prezident İlham Əliyev açılış nitqini söyləyəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
O qeyd edib ki, forum bugünkü dünya üçün olduqca aktual bir mövzuya həsr olunub və bu, beynəlxalq sistemin dərin transformasiyalar keçirdiyi bir dövrə təsadüf edir.
"Dünyanın bir çox yerlərində uçuşların ləğv edildiyi və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfransda təxminən 400 iştirakçının bir araya gətirilməsi əhəmiyyətli səylər və koordinasiya tələb edir. Bu tədbirin uğurla təşkil olunması və dialoq və müzakirə üçün platforma yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir.
Bu tədbir eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycana regionun diplomatik mərkəzlərindən biri kimi göstərdiyi etimadı da əks etdirir", - Hikmət Hacıyev vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












