Bakı və Abşeron sakinləri külli miqdarda narkotiklə tutulub - FOTO

Bakı və Abşeron sakinləri külli miqdarda narkotik və psixotrop maddə ilə tutulublar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rafael Allahverdiyev və Abşeron rayon sakini Mərahim İbrahimov Yardımlı rayonunun Arus kəndi kəndi ərazisində saxlanılıblar.
Onlardan ilkin araşdırma zamanı xaricdə yaşayan narkotacir vasitəsilə əldə edildiyi müəyyən edilən 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqram marixuana və 970 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.
Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ













