Bakı və Sumqayıtda yayılan kəpənəklər təhlükəlidir?

Artıq bir neçə gündür Bakı, Abşeron və Sumqayıt şəhəri ərazisində kiçik qəhvəyi kəpənəklər müşahidə olunur. Bu həşəratların kütləvi axını sakinlərin narahatlığına səbəb olub.
Onların hansı səbəbdən meydana çıxdığı, həyətyanı təsərrüfatlara nə kimi ziyan vura biləcəyi və nə vaxt azalacağı sual doğurur.
“Qafqazinfo” məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutu ilə əlaqə saxlayıb. İnstitutun aparıcı elmi işçisi İradə Nuriyeva belə halların bir neçə ildən bir baş verdiyini, həşəratların kütləvi çoxalması ilə əlaqəli olduğunu bildirib: “Bu kəpənəklər “çayır kəpənəkləri” adlanır. Hazırda yayılmasının səbəbləri onların inkişaf dövrləri ilə əlaqədardır. 10-12 ildən bir bu kəpənəklər kütləvi şəkildə çoxalırlar. Görünür bu il də həmin dövrə təsadüf edir və bu şəkildə üzə çıxıblar. Havaların son bir neçə gündə küləkli keçməsi də onların geniş ərazidə yayılmasına səbəb olub. Kəpənəklər indi mayalanırlar, yumurta qoyacaqlar. Onların yaşaması isə çox çəkmir, yetkin fərdin həyatı 4-20 gün davam edir”.
İ. Nuriyeva həmçinin bildirib ki, bu kəpənəklərin təsərrüfat üçün heç bir təhlükəsi yoxdur. Belə ki, əsas ziyan verən kəpənəyin tırtılıdır. Tırtılın əmələ gəlməsi isə yaz aylarında olacaq: "Tırtıl mərhələsi 10-30 gün çəkir. Bu mərhələdə 200-dən artıq bitkiyə, o cümlədən, şəkər çuğunduru, çoxillik paxlalı bitkilər, günəbaxan, arpa, buğda, kartof və digər tərəvəz və alaq bitkilərinə ziyan vura bilirlər".

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












