Bakıda "07"ni qaçırıb "Moskviç" nömrəsi ilə sürdülər - Keçmiş məhkum saxlanıldı

Bakıda avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə oktyabrın 25-nə keçən gecə Məhəmmədi qəsəbəsi ərazisindən S.Şəmilzadəyə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 3-də Nardaran qəsəbəsi ərazisində üzərində Bakı şəhər sakini N.Qasımova məxsus “Moskviç” markalı avtomobilin dövlət qeydiyyat nişanları olan vəziyyətdə tapılıb.
Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluq, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Dəmirov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Emin
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











