Bakıda 14 yaşlı yeniyetmə yoxa çıxıb - VİDEO

Bakıda 14 yaşlı yeniyetmə 5 gün öncə evdən çıxıb, hələ də geri qayıtmayıb.
avqustun 12-si axşam saatlarında Zabrat qəsəbəsində yaşadığı evdən çıxan Allahverdi İsmayılovdan bir xəbər yoxdur. Atası İsmayıl bəyin sözlərinə görə, artıq 3-cü dəfədir ki, bu halla rastlaşırlar. Keçən həftə polis tərəfindən tapılaraq ailəsinə təhvil verildikdən iki gün sonra yenidən bu hadisə baş verib.
Valideyinləri bildirirlər ki, Allahverdini dəfələrlə psixoloq yanına aparıblar. Lakin onlara ciddi bir xəstəliyinin olmadığı deyilib.
Anası İradə xanım isə deyir ki, evdən çıxanda bir kağıza «Ana bibimgilə gedirəm, narahat olmayın» yazaraq masanın üstünə qoyub. Bibisi isə qapıda beş dəqiqə onlarla salamlaşdıqdan sonra Allahverdinin getdiyini bildirib.
İradə xanım onu da bildirib ki, evi tərk edən zaman onun əynində mavi rəngli cins şalvar, ağ rəngli köynək olub.
Qeyd edək ki, axtarış Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən də aparılır. Allahverdini görən şəxslər polis bölməsinə müraciət edərək ailəyə kömək edə bilərlər.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












