Bakıda 15 yaşlı oğlan doqquz gündür itkin düşüb - FOTO

Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı Xəlilov Şərif Hikmət oğlu iyulun 7-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Avtosfer.az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən yeniyetmənin atası Hikmət Xəlilov bildirib ki, Şərif imtahanlar yaxınlaşan ərəfədə itkin düşüb: "Mən ona dedim ki, artıq hazırlığa getməlisən. Müəllimlə də danışmışam. O da razılaşdı. Heç bir problem olmadığını bildirdi. Dostlarından da soruşmuşuq onların da Şərifdən xəbərləri yoxdur.
Axtarış zamanı kamera görüntüləri vasitəsilə onun Qobustan qəsəbəsinə getdiyini öyrəndik. Orada bir nəfərlə də görüşüb, həmin adamı tapıb danışdıq. O, dedi ki, Şərif məscidin yolunu soruşub. Məscidə gedəndə kameraya baxmağa icazə vermədilər. Bizə də dedilər ki, bura elə bir şəxs gəlməyib. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişik. Heç bir xəbər yoxdur".
Hikmət Xəlilov oğlunun heç bir psixoloji problemi və ailə daxili gərginliyin olmadığını bildirib.
Xatırladaq ki, Şərif evdən çıxarkən əynində mavi rəngli köynək, qara şalvar və ağ rəngli idman ayaqqabısı olub. Uşağı görənlərdən +994 55 660 72 00 nömrəsi vasitəsi ilə atasına məlumat vermələri xahiş olunur.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










