Bakıda 2 nəfərin ölümünə səbəb olan "Azpetrol"un sərxoş sürücüsündən YENİ XƏBƏR - 7 il... - FOTO

Martın 21-də Bakıda ağır yol qəzası törədən “Azpetrol LTD” MMC-nin sürücüsünün məhkəməsi başa çatıb. Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Sərxoş halda qəza törədərək 2 nəfərin ölümündə təqsirləndirilən Səbuhi Şəfiyevə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, hadisə Novruz bayramı günü günorta saatlarında baş verib. Belə ki, S.Şəfiyevin idarə etdiyi “Azpetrol”a məxsus “MAN” markalı 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaqdaşıyan yük avtomobili Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında hərəkətdə olarkən yoldan çıxaraq qarşı zolağa keçib. Bu zaman yük avtomobili “Mercedes” markalı 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yanacaqdolduran maşın isə yolun kənarına aşıb.



Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO













