Bakıda 66 yaşlı kişi faciəli şəkildə öldü

Aprelin 26-da saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən kağız üzlüyü anbarında İsrafilov İsabala Nəsib oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bununla bağlı Nizami rayon prokurorluqdan məlumat verilib.
Aparılan araşdırmalarla mal götürmək məqsədilə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən kağız üzlüyü anbarına gəmiş Əhmədov Sərdar Səfər oğlunun yarımqoşqu ilə idarə etdiyi yük avtomobili ilə anbardan çıxarkən həmin vaxt tanışının yanına gəlmiş 1955-ci il təvəllüdlü İsabala İsrafilovun yarımqoşqu ilə dəmir qapı arasında sıxılıb qalması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












