Bakıda 9 narkotacir saxlanılıb - FOTO - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində silsilə əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat zamanı Suraxanı, Əmircan, Bülbülə, eləcə də, rayonun inzibati ərazisinə daxil olan digər kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər tutulub. Həmin şəxslər paytaxt sakinləri Əliağa Vahabov, Sərdar Quliyev, Tərlan Abbasov, Baba Şabanov, Əlisəttar Musayev, Nazim Musayev, Firuz Rəsulov, Yaşar Rzayev və Tofiq İbrahimovdan heroin, tiryək, metamfetamin və digər növdən olan narkotik vasitələr aşkar edilib. Adları sadalanan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermə bilərlər.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












