Bakıda avtomobili olmayan şəxsə TEXNİKİ BAXIŞ bildirişi gəldi - FOTO

Bakıda avtomobili olmayan şəxsə texniki baxışdan keçməsinə dair “AsanPay”dan bildiriş gəlib.
Bu barədə Lent.az-a bildirişi alan vətəndaş Orxan Quliyev məlumat verib.
O qeyd edib ki, heç vaxt maşını olmadığı halda ona avtomobilin texniki baxışdan keçdiyi barədə bildiriş mesajı gəlib: "Mənim indiyə qədər nəinki avtomobilim, heç motosikletim də olmayıb".
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Lent.az-a bildirişin texniki səhv nəticəsində vətəndaşa göndərildiyini deyib: “Belə hallar adətən texniki səhv nəticəsində meydana gəlir. Ehtimal ki, həmin avtomobil sahibi qeydiyyat zamanı səhvən mesaj gedən vətəndaşın mobil nömrəsini qeyd edib. Belə olan halda vətəndaş Dövlət Yol Polisinə müraciət etməlidir. Bununla da yaranan problem aradan qaldırılacaq”.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX













