Bakıda çoxmərtəbəli bina tikmək üçün ağaclar məhv edildi - FOTO

Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində ağaclar kəsilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, sözügedən ünvanda kafe-restoran fəaliyyət göstərib:
“Daha əvvəllər isə sadəcə yaşıllıq olub. Həmin kafe-restorana görə seyrələn ağaclar indi də yaşayış binasının tikintisinə görə sıradan çıxarılır. Əvvəl yaşıllıq içində yüngül konstruksiya ilə kafe-restoran açırlar, insanların gözü yeni mənzərəyə alışır, ərazinin keçmişi unudulur, sonra orada böyük tikinti işləri aparırlar.
Yaxud məhəllədə standart ölçüdə qaraj tikirlər, illər ötür, sonra qarajın ətrafındakı ərazini də zəbt edib onu supermarketə çevirirlər. Amma ərazinin imkanları ilə tikintinin növü və miqyası arasında uyğunsuzluq nəzərə alınmır”.
Ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı quruma daxil olan şikayət araşdırılıb:
“Araşdırma zamanı ağacların sözügedən ərazidə çoxmərtəbəli binanın tikintisi məqsədilə qazıntı işləri aparan “Garant İnşaat” MTK tərəfindən kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə o əlavə edib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










