Bakıda dövlət binasında yanğın
Xəbərlər
29 İyun 2021 10:34
Oxunub 1096

Bakıda inzibati binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və ərazidə 10 ədəd ağac yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













