Bakıda evdən 30 kilo heroin tapıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini O.Səfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 104 qrama yaxın metamfetamin və narkotik maddələrin satışında istifadə edilən plastik bank kartı aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Xətai rayonu ərazisində kirayədə yaşadığı mənzildən isə 28 kiloqram 790 qram heroin, 5 kiloqram 150 qram metamfetamin, 453 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi və narkotik maddələrin satışından əldə olunan 1000 manat pul götürülüb.Araşdırma aparılır.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












