Bakıda film kimi hadisə: Özünü binadan atdı, təcili yardımdan qaçıb ev soydu
Xəbərlər
21 İyul 2021 11:12

Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib.
“Qafqazinfo” xəbər verir ki, rayonda yerləşən beşmərtəbəli binanın damına çıxan Ağasıyev özünü yerə atıb.
Xəsarətlər alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq, yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub.
Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.
Hadisə yerinə polis çağırılıb. Ağasıyev saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, həmin şəxsin psixi problemləri var.
Oxunub : 4728
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ












