Bakıda futbolçunun qayınanası döyüldü - FOTO

Bakıda yaşayan gürcü model, AZAL-ın sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb.
Avtosfer.az Fanat.az-a istinadən xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında yazıb.
İ.Kvirtiya bildirib ki, aprelin 8-dən 9-na keçən gecə naməlum kişi onun anasının mənzilindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olub və 5 saat yarım - 6 saat ərzində valideynini bıçaqla təhdid edib:
"Anamın bədəninə zərər yetirib, boğub, döyüb, boğazına bıçaq dirəyib və iplə boğmaqla hədələyib. Təsadüfən, həmin gün dörd yaşlı qızım Qabriel bizim yanımızda olub. Adətən həftənin həmin günləri nənəsi ilə qalır. Anam həmin gün tək olub.
Hücum edən şəxs rus dilində danışmayıb. Anam dili zəif bildiyinə, üstəlik stress vəziyyətində olduğuna görə onun Azərbaycan dilində dediklərinin hamısını anlamayıb. Saat 9-dək mənzildə qalan şəxs anamın polisə müraciət etməyəcəyi ilə bağlı razılığını aldıqdan sonra ön qapıdan çıxıb".
Modelin sözlərinə görə, anası hadisədən sonra 102-yə zəng vurub:
"Yasamal rayon 28-ci polis bölməsinə müraciət etdik. Hücum edən şəxsin dərhal tutulmasına və Nardarana qədər onu kameralarla izləmək üçün keçirdikləri yuxusuz gecələrə görə təşəkkürümü bildirirəm. Etnik mənsubiyyətimizə görə hüquqlarımızı pozmayan və son dərəcə nəzakətli, peşəkar bir insan olan R.Məmmədova xüsusilə minnətdaram. Biz məhkəmə tibbi və DNT müayinəsindən keçdik. Mənzildən kifayət qədər dəlil - qan izləri, hücum edən şəxsin istifadə etdiyi stəkan, qapı çərçivələrindən və soyuducunun üzərindən götürülən qan nümunələri, siqaret qalıqları götürüldü. Tutulandan sonra həmin şəxs anamın dediklərini təsdiqlədi. Sadəlövhlüklə düşündük ki, artıq hər şey arxada qaldı".
İnna Kvirtiya bildirib ki, bu gün onları Yasamal rayon polis idarəsinin istintaq şöbəsinə çağırıblar:
"Orada yüzüncü dəfə baş verənləri danışdıq. Növbəti dəfə şikayəti imzaladıq. Daha sonra bizi istintaq şöbəsi rəisinin yanına göndərdilər. Yenə bir qədər baş verənləri danışdıq və nəhayət bizi buraxdılar. Evə gələndə bizdən yenidən qayıtmaq və Yasamal rayon prokurorunun müavininə hesabat verməyimiz istənildi. Növbəti dəfə danışdıq və bizi hücum edən şəxsin saxlanıldığı və heç bir təhlükə olmadığına əmin edərək yenidən buraxdılar. Çıxan kimi dərhal polis idarəsinə zəng vururam. Oradan bizə deyirlər ki, hücum edən şəxsi buraxırlar".
Veteran futbolçunun xanımı bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara şikayət yazıb. O bildirib ki, anasına hücum edən şəxs əvvəllər də mənzildən oğurluğa görə ittiham olunub.



Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








