Bakıda güclü külək fəsad törətdi: Sürət qatarı gecikdi - YENİLƏNİB

Sumqayıt-Pirşağı-Bakı sürət qatarının gecikməsinin səbəbi açıqlanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.
Hazırda bir xətdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir.
Hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.
09:09
Sumqayıt-Pirşağı-Bakı sürət qatarının hərəkətində problem yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat yayıblar. Belə ki, Sumqayıt stansiyasından 07:45-də çıxan Sumqayıt-Pirşağı-Bakı istiqamətinfə hərəkət edən 6608 nömrəli sürət qatarı 08:35-də Bakıya çatmalı idi.
Lakin sürət qatarı yarım saatdan çoxdur ki, gecikir. Hələlik gecikmənin səbəbi bilinmir.
Sərnişinlərin sözlərinə görə, gecikmənin səbəbləri “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırılır.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












