Bakıda karantini pozan şadlıq evi və kafe sahibləri həbs edilib - FOTO

Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsi yerləşən ‘’Club-85’’ adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyi aşkar edib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib.
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt qəsəbəsində yerləşən ‘’Nərmin’’ şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkar olunub.
Yoxlama zamanı 6 nəfərin vaksin olunmadığı müəyyən edildiyindən onlar toya buraxılmayıb.
Təyin edilən toy mərasimi ‘’icazə.gov.az’’ portalında qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 180 nəfərin iştrak etməsi aşkar edilib.
Buna görə də həmin şadlıq sarayının sahibi Malik Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğu üçün onun barəsində Qaradağ Rayon Polis İdarəsində toplanmış material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib.

Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












