Bakıda köşk, Ucarda ikimərtəbəli bina yanıb

Bakının Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan taxta konstruksiyadan ibarət köşk və içərisinə yığılan məişət əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ucar rayonunda isə ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Binanın (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzillin yanar konstruksiyaları 9 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin döşəməsi 2 m² sahədə yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












