Bakıda küçədə gecələyən beş uşaq və anası sığınacağa yerləşdirildilər - FOTO

Bakıda azyaşlılar küçədə gecələyirlər. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Oxu.Az xəbər verir ki, söhbət paytaxtın “Şamaxinka” kimi adlanan ərazisindən gedir.
İddia edilib ki, beş kimsəsiz uşaq və anası bir neçə gündür ərazidəki parkda gecələyirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, azyaşlıların sığınacağa yerləşdirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilib, ailənin sığınacağa yerləşdirilməsi artıq təmin edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu isə redaksiyamıza açıqlamasında qeyd edib ki, Komitəyə daxil olan müraciət əsasında beş uşaq və bir qadın sığınacağa yerləşdirilib:
“Məsələ ilə bağlı araşdırma aparılır”.
Əldə etdiyimiz məlumata görə, ailə Tovuz rayonundan Bakıya gəlib. Onların yaşadıqları yeri hansı səbəblə tərk etdikləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən Rayon İcra Hakimiyyəti arasında danışıqlar aparılır.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












